Twitter yeni bir rekorda imza atdı

Twitter yeni bir rekorda imza atdı

2015-ci ilin II rübünə sosial platforma olan Twitterin gəlirləri proqnozları üstələyib. 

Aktual.az xəbər verir ki, şirkətin gəlirləri 61% artaraq, 502,4 milyon dollara çatıb. 

Analtiklər isə Twitterin gəlirlərinin analoji dövrdə 481 milyon dollar olacağını proqnoz etmişdilər.

Hesabata görə, şirkət istifadəçi sayına görə, Facebook-u qabaqlaya bilməyib. 

“Adıçəkilən sosial platforma istifadəçilərinin sayı 316 milyon nəfər olub. Dünyada Facebook istifadəçilərinin sayı isə 1,4 milyard səviyyəsindədir”.

Qeyd edək ki, Twitter-in baş direktoruDik Kostoloistefaya getdikdən sonra, müvəqqəti baş direktor vəzifəsini Cek Dorsiöz öhdəsinə götürmüşdü. 

 
Xəbər 628 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR