Tutuquşu ilə 20 illik dostluq - VİDEO

Tutuquşu ilə 20 illik dostluq - VİDEO
  • DÜNYA

Türkiyənin Malatya şəhərində yaşayan və turizm sənayesi ilə məşğul olan Metin Suna adlı vətəndaş evində 20 ildir tutuquşu saxlayır. O, bu illər ərzində tutuquşu ilə özünün dediyi kimi dostluq edir.

Xezerxeber.az Anadolu Agentliyinə istinadən məlumat verir ki, adını "Cabbar" qoyduğu tutuquşunu evində övladı kimi bəsləməklə yanaşı, onu gəzməyə aparır, restoranda birgə yemək yeyir, televizoru seyr edir, hətta stolüstü oyun oynayırlar. Sahibi onu Türkiyənin ən populyar tutuquşusu adlanırır. Bildirir ki, indiyə kimi həmin tutuquşunu əldə etmək üçün çoxsaylı insanlar tərəfindən ona fantastik məbləğdə pul təklif ediblər, amma satmayıb: "Reklamlara, seriallara çəkilir, filmi çıxacaq". 

Qeyd edək ki, məlumatlara görə, həmin tutuquşu Türkiyənin 8-ci prezidenti Turqut Ozaldan yadigardır. 
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR