Azərbaycanlı gəncin çıxışı alqışlarla qarşılanıb
ATƏT-in illik toplantısında iştirak edən TURSAM rəhbəri Atatürk Kamallı avropalı parlamentarilərin qarşısında çıxış edib.
Avropa Parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsini demokratik dəyərlərin pozulması kimi təqdim edən A.Kamallı bildirib ki, bu yolla Azərbaycanı geri çəkilməyə təhrik etmək mümkün olmayacaq:
“ABŞ, Avropa istəyir ki, bütün dövlətlər onların dediyi ilə oturub-dursun. Müstəqil siyasət yürütməsin. Onlar da həmin ölkələri bütünlüklə nəzarətə alsınlar. Bir çox qonşu dövlətlərdə buna nail olublar. İndiki məqamda hədəfləri Azərbaycandır. Ölkəmizin müstəqil siyasət yürütməsi qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar hər vəchlə dövlətimizi təzyiq altında saxlamağa çalışırlar. Mən buradan üzümü demokratik dəyərlərdən danışan avropalı deputatlara tutub demək istəyirəm ki, Azərbaycanı Suriya, İraqın günündə görə bilməyəcəksiniz. Yaxşı olar ki, ikili standartlardan əl çəkib, Azərbaycan torpaqlarının işğal olunmasına etiraz edəsiniz. Bunu edə bilmirsinizsə, heç olmasa saxta və qərəzli hesabat və qətnamələr yaymayın”.
Azərbaycanlı gəncin çıxışı alqışlarla qarşılanıb və ondan sonra tribunaya çıxan bəzi qonaqlar Atatürk Kamallının fikirlərinə həmrəy olduqlarını bildiriblər.
// Aktual.az