Turoperatorlara inam itib?

Turoperatorlara inam itib?

Azərbaycanda turoperator və səyahət agentliklərinin sayı artsa da, onların vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı azalıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, respublika üzrə 2012-ci ildə 170, 2013-cü ildə 197, 2014-cü ildə 218, 2015-ci ildə isə 243 səyahət agentliyi və turoperator fəaliyyət göstərib.

Turoperator və səyahət agentlikləri vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı 2012-ci ildə 101 431 nəfər, 2013-cü ildə 91 961 nəfər, 2014-cü ildə 92 305 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 61 965 nəfərə enib.

Turoperator və səyahət agentlikləri tərəfindən əhaliyə satılmış turizm yollayış blanklarının sayı da ötən illə müqayisədə (2013-cü ildə 65 448, 2014-cü ildə 66 233) azalaraq 44 615-ə enib.
Ötən il yollayışların 44 615-i Azərbaycan vətəndaşlarına ölkə daxilində, 38 002-i ölkədən kənarda səyahət etmək üçün, 1 918-i isə xarici ölkə vətəndaşlarına Azərbaycan ərazisində səyahət etmək üçün verilib.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR