Türmədə gizlətdiyi tapançanı təhvil verdi

Türmədə gizlətdiyi tapançanı təhvil verdi

Məhkum silahını təhvil verib.

Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Ramin Qafar oğlu könüllü olaraq bir ədəd odlu silah hesab edilən, 9 mm kalibrli “Valtro-85 Combat” tipli tapançanı təhvil verməyə razı olduğunu bildirib.

R.Məmmədovun xahişi ilə onun tanışı, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü vətəndaş Həşimov Zamir Əhədəli oğlu tərəfindən qeyd olunan silah Penitensiar Xidmətin əməkdaşlarına təqdim olunub.

Odlu silah aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Aktual.az

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR