Türkmənistandan gətirilən meyit neftçiyə aiddir? - Analizin nəticəsi açıqlandı

Türkmənistandan gətirilən meyit neftçiyə aiddir?   - Analizin nəticəsi açıqlandı

Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinə aid olması ehtimal edilən meyitdən götürülən analizlərin nəticələri açıqlanıb.

Aktual.az lent.az-a istinadən bildirir ki, analizlərin nəticəsi itkin düşmüş neftçilərdən hər hansı birinin ailə üzvlərindən götürülmüş analizə uyğun gəlməyib. Bu səbəbdən də meyitin kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bildirilir ki, itkin düşmüş neftçilərin ailə üzvlərindən yenidən analizlər götürüləcək və növbəti dəfə yoxlama aparılacaq.

Məlumata görə, Türkmənistan sahilində tapılmış meyitin kimə məxsus olmasını vizual olaraq müəyyənləşdirmək mümkün deyil. Bakıya gətirilən insan qalıqları arasında vəfat etmiş şəxsin ancaq baş və döş qəfəsi nahiyələri var.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR