Türkmənistanda siqaret satışı qadağan olundu

Türkmənistanda siqaret satışı qadağan olundu
  • DÜNYA

Türkmənistanda siqaret satışı qadağan olunub.

APA TV-nin xəbərinə görə, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bununla bağlı qərar qəbul edib.

İki gün öncə ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olmuş külli miqdarda siqaret də müsadirə edilərək yandırılıb.

Qəzetin yazdığına görə, tütün məmulatlarının qadağan olunmasından sonra mağazada siqaret satanları yüksək məbləğdə cərimə gözləyir.

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR