Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzərdəki Türkmənbaşı limanında döyüş gəmilərinə baxış keçirib.
Ötən gün Xəzərdə Türkmənistan Hərbi-Dəniz Donanması Qüvvələrinin şərəfinə hərbi-dəniz paradı keçirilib.
Q.Berdıməhəmmədov Türkmənbaşı şəhərində səyyar toplantı keçirib. O, ölkəsinin tərəfsizliyi və təhlükəsizliyindən danışıb.
Qeyd edək ki, Türkmənistanın Hərbi Dəniz Qüvvələri və Xəzərdə hərbi-dəniz bazası 2009-cu ildə yaradılıb. Ölkədə 2012-ci ildə ilk dəfə Xəzərdə əməliyyat-taktiki döyüş təlimi keçirilib.\report