Türkiyədə şəxsiyyət vəsiqələrində dəyişikliklər edilib.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-lərində məlumat verilir.
Məlumata görə, Türkiyədə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarını nəzərə alaraq şəxsiyyət vəsiqələrində vətəndaşın hansı dinə mənsub olmasını göstərən bölmə ləğv edilib. Lakin vətəndaşın ərizəsi əsasında bu məlumat şəxsiyyət vəsiqələrindəki elektron çipə yazıla bilər.