Xarkov-İstanbul reysi təyyarə göyərtəsində bomba olması xəbərdarlığı ilə təxirə salınıb.
Aktual.az anspress-ə istinadən bildirir ki, 128 sərnişin təxliyyə olunub və hazırda hüquq-mühafizə orqanları təyyarə və Xarkov hava limanında yoxlama aparırlar.
"Bu gün saat 03:30-da hava limanının administrasiyasına naməlum şəxs zəng edib və təyyarələrdən birində partlayıcı qurğu olduğunu deyib. Bu məlumata görə, Xarkov-İstanbul reysi təxirə salınıb", - deyə Xarkov vilayətinin milli polisinin məlumatında deyilir.
Polisin məlumatına görə, bütün sərnişinlər təxliyə olunub, mühafizə orqanları təyyarəni və baqajı yoxlayırlar, hadisə şahidlərini sorğu-sual edirlər.
Xarkovdan İstanbula sonuncu təyyarə bu gün saat 08:28-də havaya qalxıb.
Oxşar hadisə ötən gün Türkiyədə qeydə alınıb. Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində bomba həyəcanı yaşanıb.
Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.
Bundan sonra sərnişinlər təyyarədən təxliyə ediliblər.