Türkiyəyə ABŞ-ın altı qırıcısı gətirildi

Türkiyəyə ABŞ-ın altı qırıcısı gətirildi
  • DÜNYA

ABŞ-ın altı F16 qırıcısı bazar günü Türkiyənin cənubundakı “İncirlik” avia bazasına gətirilib. Bu barədə BGN News agentliyi məlumat yayıb.

Aktual.az xəbər verir ki, ABŞ-ın NATO-nun yanındakı missiyasından bildiriblər ki, qırıcılar “İslam dövləti” (İŞİD) qruplaşmalarına qarşı hərbi əməliyyatlar üçün göndərilib. 

Bundan başqa, BGN News qeyd edib ki, Türkiyəyə 300 amerikalı hərbçi gəlib.

İyulda Ankara özünün hərbi-hava bazalarını ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın istifadəsinə verməyə razılıq verib. 

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR