Türkiyə Jandarmasının komandanı, ordu generalı Qalib Mendi Azərbaycana gələcək.
Aktual.az Report-a istinadən xəbər verir ki, jandarma komandanının səfəri mayın 3-də baş tutacaq.
Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.