Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti “Moskva Siti” işgüzar mərkəsindəki Türkiyənin “Qarant bankı”nın ofisində çirkli pulların yuyulması ilə bağlı bir neçə cinayət işi üzrə axtarış aparır.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşları Endim Levent və Ergyuş Alber bir neçə paytaxt bankından xaricə pul köçürüblər.
Bu əməliyyatlar zamanı köçürülən pulun 5 milyard rubl olduğu bildirilir.
“Şübhəlilərə qarşı həbs qətimkan tədbiri seçilib. Ümumilikdə 30 şübhəli ofis, mənzil və kotejdə axtarış aparılıb”, - Daxili İşlər Nazirliyi Moskva şəhər Baş İdarəsinin mətbuat xidmətinin rəisi deyib.
Aktual.az