Türkiyənin İrandan aldığı təbii qazın qiyməti endiriləcək

Türkiyənin İrandan aldığı təbii qazın qiyməti endiriləcək
  • DÜNYA

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiymətinin 10-15% faiz aşağı salınması barədə qərar qəbul edib.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə İranın "Shana" xəbər agentliyinə bu ölkənin qaz şirkətinin direktoru Həmidrza Araqi bildirib. O, Türkiyənin arbitraja müraciət edərək 35,5 % endirim istədiyini söyləyərək məhkəmənin 10-15%-lik endirimə qərar verdiyini vurğulayıb.

Qeyd edək ki, İrandan ildə 10 milyard kubmetr qaz alan Türkiyə qiymətin azaldılması üçün arbitraja müraciət edib. Türkiyənin dövlət şirkəti BOTAŞ daha əvvəl də İrana qarşı qaldırdığı məhkəmə iddiasında 16,5%-lik endirim əldə etmiş və bunun nəticəsində 900 milyon dollardan çox vəsaitə qənaət etməyə nail olmuşdu.

Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR