Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI

Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI

Türkiyənin xanım atletləri Elvan Abeylegesse və Qamze Bulut dopinq-testdən keçə bilmədikləri üçün cəzalandırılıb.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) qərar verib.

Qərara əsasən, Abeylegesse 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 5000 metr və 10000 metr məsafələrə qaçışda qazandığı 2 gümüş medaldan məhrum edilib. Onun əlindən 2007-ci il dünya çempionatında 10000 metr məsafəyə qaçışda əldə etdiyi gümüş medal da alınıb. 35 yaşlı idmançı artıq karyerasını başa vurub.

Bulut isə 2011-ci ildən etibarən sahib olduğu bütün medallarını əldən verib. Bura onun 2012-ci il London olimpiadasında, eləcə də həmin il Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş Avropa çempionatında 1500 metr məsafəyə qaçışda əldə etdiyi qızıl daxildir. 25 yaşlı atlet, həmçinin 2020-ci ilin mayınadək bütün yarışlardan kənarlaşdırılıb. 
 

Aktual.az 

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR