Ötən gün İstanbulun Sultanəhməd meydanında törədilən terror aktından sonra Ankarada dövlət binaları yüksək mühafizə altına alınıb.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, nazirliklər, Baş Qərargah rəisliyi, TBMM və digər önəmli qurumlarda təhlükəsizlik gücləndirilib.
İnsanların çox olduğu ərazilərə isə mülki polislər cəlb ediliblər.
Qeyd edək ki, ötən gün İstanbulun Sultanəhməd meydanında terror aktı törədilib. Nəticədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Hücumu suriyalı kamikadzenin törətdiyi açıqlanıb.