Türkiyənin böyük səhvi: PKK belə güclənir

Türkiyənin böyük səhvi:   PKK belə güclənir
  • DÜNYA

Terrorçuların bu şəkildə fəaliyyəti Türkiyə ordusunun əməliyyat tutumunun və potensialının aşağı səviyyədə olmasından xəbər verir.

Akual.az xəbər verir ki, bu sözləri axar.az-a hazırda davam edən anti-terror əməliyyatları fonunda Türkiyə gündəmini dəyərləndirərkən politoloq Fərhad Mehdiyev deyib. O, çox maraqlı nüanslara toxunub:

“Hazırda İŞİD və PKK-ya qarşı aparılan əməliyyatlarda terrorçuların qarşısının alınması üçün ən yararlı vasitə pilotsuz təyyarələrdir. Bildiyim qədərilə Türkiyədə belə təyyarələrin raketsiz olan növünün sayı 20-ə yaxındır, 60 da ola bilər. Belə bir zamanda Türkiyədə bunlardan istifadə olunmaması sual doğurur. Əslində, müasir hərbi texnikanın inkişaf etdiyi bir dönəmdə türk ordusunun bu gün həqiqi hücumlara məruz qalması onu göstərir ki, ölkə texniki inkişafla ayaqlaşa bilmir və buna görə də insan itikilərinin sayı artır. Bu durum seçkilərə qədər davam edəcək. Seçkilərdən sonra isə vəziyyət yeni qurulan hökumətə görə müəyyənləşdiriləcək”.

Politoloq hesab edir ki, AKP təkbaşına hökumət qura bilərsə, “kürdlərlə həll prosesi”ni yenidən davam etdirə bilər:

“Ancaq AKP milliyyətçi qanadlardan səs almaq üçün bunu başa çatdırmağı da gözə ala bilər. Hesab edirəm ki, bu, AKP üçün səhv addım olardı. Çünki milliyyətçi qanaddan çox səs ala bilmədiyi kimi, əminəm ki, bu dəfə kürdlər də AKP-yə az səs verəcəklər. Bu o deməkdir ki, yaxın günlərdə məsələ sakitləşməyəcək. Seçki nəticələrində AKP təkbaşına hökumət olmasa və yeni koalisiyaya MHP daxil olarsa, əlbəttə ki, “həll prosesi” irəliləməyəcək. AKP-CHP koalisiyası qurularsa, proses davam etdirilə bilər”.

Politoloq “kürdlərlə həll prosesi”nin çox uğursuz bir portfel olduğunu bildirib:

“PKK Türkiyənin müxtəlif yerlərində kifayət qədər yaxşı silahlara malikdir. Dəqiq demək olar ki, PKK-nın hücumları “həll proses”indən əvvəl bu qədər geniş, intensiv və güclü deyildi. Bu onu göstərir ki, PKK keçən müddət ərzində sadəcə güclənib. PKK-nın güclənməsi təkcə Türkiyədaxili faktorlara bağlı deyil. Təşkilatın bir qanadı da Suriya və İraqdadır. Onların da silah təminatı artıb və PKK-ya buradan da dəstək gəlir. Görünən odur ki, PKK-nın silahlı mübarizədən əl çəkmək kimi bir niyyəti yoxdur. Türkiyənin Suriyadakı PKK bazalarını bombalaması kürdlərin yenidən silaha sarılmasına rəvac vermirdi. PKK-nın HDP kimi bir qanadı var idi və partiya olaraq çox yaxşı səs toplamaşdılar. Yəni kürdlər istəsəydilər, sivil mübarizəyə davam edərdilər. Silahlı mübarizəyə keçmələri onu göstərir ki, PKK ilə mübarizə heç də vədedici bir platforma deyil və bunun Türkiyəyə xeyir gətircəyini söyləmək olmaz”.

Qeyd edək ki, Türkiyə İraq və Suriyada PKK və İŞİD-ə qarşı anti-terror əməliyyatlarını davam etdirir.

Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR