Türkiyənin bu qərarı Rusiyanı məyus etdi

Türkiyənin bu qərarı Rusiyanı məyus etdi

Türkiyə rus pilotu öldürməkdə ittiham edilən Alparslan Çelikin üzərindən bütün ittihamları qaldırıb.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Türkiyənin Baş Prokurorluğu rus pilotu öldürməkdə təqsirləndirilən Alparslan Çelikin üzərindən bütün ittihamları götürüb.

Çelikin vəkilinin verdiyi məlumata görə, onun müvəkkilinin katapultasiya etmiş rus pilotu vurması haqda heç bir dəlil yoxdur.

Vəkil Murad Üstündağın verdiyi məlumata görə, Alparslan Çelikin əlindəki silahla rus pilotun düşdüyü ərazini heç cür vurmaq mümkün olmadığından onu bu işdə ittiham etmək məntiqsizlikdir.

Xatırladırıq ki, Rusiya hələ də katapultasiya etmiş pilotunun öldürülməsində Alparslan Çeliki günahlandırır.

Xəbər 881 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR