Ankara qonşu ölkədə hərbi əməliyyata tam hazırdır.
Türkiyə Silahlı Qüvvələri zərurət yarandığı təqdirdə suriya kürdlərinin “Demokratik ittifaq” (YPG) partiyasının yaraqlılarına qarşı hərbi əməliyyat aparmağa hazırdır.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlubəyan edib.
“Biz İraq və Kandildəki hərəkətləri zərurət yarandığı təqdirdə Suriyada da təkrarlaya bilərik”, - deyə, Türkiyə aviasiyasının PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirdiyi ötənilki əməliyyatı nəzərdə tutan Davudoğlu bildirib.
Aktual.az