Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişinə cəhdi zaman 161 nəfər həlak olub.
Aktual.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, qiyamçılardan 2839 zabit və əsgər tutulub.
Baş nazir qeyd edib ki, son məlumatlara görə, hadisələr zamanı 1440 nəfər yaralanıb.
B.Yıldırım deyib ki, çevrilişə cəhd edən 120 hərbçi öldürülüb, 30 yaralanıb.