"Türkiyənin addımları ciddi nəticələr verəcək" - Rusiya XİN

  • DÜNYA

“Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, dünən Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.

Danışıqlar zamanı Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib, Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğunu vurğulayıb.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR