Bu gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi ilə bağlı ölkədə 3 günlük ümummilli matəm elan edilib.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuat konfransında bəyan edib.
“Bu hücum ölkəmizin bütövlüyünə, demokratiyamıza qarşı yönəlmiş hücumdur . Aldığımız qərarla 3 gün milli yas elan edirik. Bu ana qədər 97 vətəndaşımız dünyasını dəyişib. Terror aktını canlı bombanın törətməsi ehtimalı çox yüksəkdir. İki canlı bomba olduğuna dair ciddi əsaslar var. Xalqımızı terrora qarşı çiyin-çiyinə dayanmağa dəvət edirəm”.
Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. Terror aktı zamanı 86 nəfər ölüb, 186 nəfərdən çox insan yaralanıb.