Ötən gecə ordunun qiyamçı hərbçilərinin qardaş Türkiyədə çevriliş cəhdi xeyli sayda dinc əhalinin ölümü ilə nəticələndi.
Dünyanın diqqəti hal-hazırda da gərgin vəziyyətin davam etdiyi Türkiyədədir.
Türkiyənin məşhur simaları sosial şəbəkə hesablarında baş verənlərə müxtəlif reaksiyaları ilə diqqət çəkməkdədirlər.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, Türkiyənin məşhur ulduz futbolçusu Arda Turan İnstaqram hesabındakı paylaşımı ilə vətən üçün canından keçə biləcəyini bəyan edib:
"Bir İran türkü olaraq Türkiyəm üçün canımı verərəm".
Qeyd edək ki, güləş üzrə 2 qat Avropa, 3 qat dünya çempionu Taha Akgül də xalqın yanında olduğunu, onlarla birgə küçələrə çıxacağını bəyan etmişdi.