Türk qrupu "Dolu kadehi ters tut”un Bakı konserti təxirə salınıb.
Aktual.az xəbər verir ki, bu barədə qrupun səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, mayın 27-nə planlaşdırılan tədbirin tarixi Türkiyədəki seçkilərə görə 16 iyuna dəyişdirilib.
Satılan biletlər keçərli olacaq.
Xəbər 1016 dəfə oxunub.