Türkiyəli məşhurlardan Azərbaycana BAŞSAĞLIĞI

Türkiyəli məşhurlardan Azərbaycana   BAŞSAĞLIĞI

Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib.

Aktual.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, ölkədə baş verən faciə ilə bağlı Türkiyə incəsənət nümayəndələri Azərbaycana başsağlığı veriblər:

Müğənni Alişan: “Acınız acımızdır…Allah rəhmət etsin”.

Bəstəkar Ercan Saatçi: “Başın sağ olsun Azərbaycan…”.

Komediya aktyoru Şahan Gökbakar: “Acın acımızdır. Biz iki ölkə, tək millətik”.

Teleaparıcı Burcu Esmersoy: “Başınız sağ olsun can dostlarımız. Allah rəhmət eləsin, geridə qalanlara səbr diləyirəm”.

Müğənni Demet Akalın: “Başın sağ olsun can Azərbaycan. Acın acımızdır. 32 canımız getdi, məkanları cənnət olsun”.

Müğənni Mustafa Yıldızdoğan: “Can Azərbaycan, başımız sağ olsun. 32 qardaşıma Allahdan rəhmət diləyirəm”.

Müğənni İrem Derici: “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”.

Müğənni-bəstəkar Soner Sarıkabadayı: “Mənim üçün qardaşdan ötə bir millət…Başımız sağ olsun. Konsertə görə İsveçrədə idim. Gec xəbərim oldu, dualarım sizinlədi”.

Xatırladaq ki, prezident İlham Əliyevin qərarı ilə baş verən faciə, yaşanan insan itkisinə görə ölkədə bir günlük (6 dekabr) matəmdir.

Qeyd edək ki, SOCAR-ın yaydığı rəsmi məlumata görə, 1 nəfərin öldüyü, 30 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam etsə də, sağ qalma ehtimalları yox dərəcəsindədir.

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR