Türkiyə millisinin və "Konyaspor"un sabiq futbolçusu Ahmet Çalıkın dünyasını dəyişdiyi qəzanın görüntüləri yayılıb.
Aktual.az xəbər verir ki, Türkiyə məbuatı hadisənin qəza anının videosunu paylaşıb.
Qəza saat 09:00 radələrində Gölbaşı səmtinin Hacılar məhəlləsində baş verib. Futbolçunun istifadə etdiyi "06 CLK 94" dövlət nömrə nişanlı avtomobil Ankara-Niğde yolunda sürücünün idarəetməni itirməsi nəicəsində aşıb.
Qəzanın baş verdiyi yerə təcili tibbi yardım əməkdaşları yetişsələr də Çalıkı ölümdən xilas etmək mümkün olmayıb.
Xəbər 375 dəfə oxunub.