Türkiyədən UNESCO-ya Müraciət

Türkiyədən UNESCO-ya  Müraciət

Türkiyənin Muğla vilayətindəki Beçin qalasının Dünya İrsi Siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət olunub. 

ANS PRESS-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölkədəki qədim Beçin şəhəri 2012-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Beçin qalası isə bu bölgədə yerləşən eyniadlı kəndin ərazisindədir.

Bu ərazidə çoxlu sayda qədim abidə mövcuddur. Bundan başqa Əhməd qazi türbəsi də həmin ərazidə yerləşir. Bildirilir ki, qalanın qüllə və bürcləri bugünədək möhkəmliyini qoruyub saxlayıb. Aparılan arxeoloji qazıntılar qalanın hüdudlarının müəyyənləşdirilməsinə imkan verəcək.

Aktual.az

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR