Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı rejimi və Rusiyanın hava əməliyyatlarını sərt tənqid edib.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat yerləşdirilib.
"Suriyadakı rejim və Rusiyanın xəstəxana, məktəb, məscid və digər ictimai obyektlərə yönəlik hava əməliyyatlarını, onlarla vətəndaşın ölümünə səbəb olan hücumlarını şiddətlə qınayırıq", - deyə Türkiyə XİN-in bəyanatında bildirilib.
Daha sonra qeyd edilib: "Hələbin Şaer məhəlləsində fəaliyyət göstərən xəstəxana tamamilə dağıdılıb. Bunu edənlər insanlıqdan uzaqdırlar. Günahkarlar cəzasız qalmayacaqlar. Cinayətkarların tezliklə cəzalandırılmasını istəyirik. İnsanlıq tarixinə qara ləkə kimi düşən bu hücumlar tezliklə dayandırılmalıdır".