İsrailin baş naziri Binyamin Netanyahunun əsas siyasi rəqibi “Sionist düşərgə” müxalifət blokunun lideri İshak Hersoq Knesset seçkilərində opponentinə məğlub olmadığını hesab edir.
Hersoq hətta İsrail hökumətini formalaşdırmaq niyyətində olduğunu bəyan edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələri hələlik elan olunmasa da “exit-poll”lar opponentlərin bərabər səs topladığını bildirir.
“Bu cür nəticə bizə hakimiyyəti özümüzə qaytarmağa imkan verir!”, deyə İshak Hersoq bildirib.
Qeyd edək ki, səsvermənin yekun nəticələri martın 25-də elan olunacaq. Hökumətin formalaşdırılması üçün partiya Knesetdəki 120 yerdən azı 61 mandat əldə etməlidir.(APA)