Türkiyədən Putinə təklif: "Əsəd Moskvada yaşasın..."

Türkiyədən Putinə təklif:
  • DÜNYA

“Putinin Moskvada Bəşər Əsədlə görüşməsi ilə Rusiya bu rejimə verdiyi dəstəyi açıq şəkildə ortaya qoydu. Bəşər Əsəd Moskvada uzun müddət qalsa, Suriya xalqı bir az rahat nəfəs alar. Hətta daimi olaraq Rusiyada qalsın və keçid prosesi belə başlasın”.


Aktual.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin Moskvada Bəşər Əsədlə gizli görüşünə münasibət bildirərkən deyib.

Baş nazir bildirib ki, Suriyada Əsədli bir gediş deyil, Əsədin getməsini təmin edəcək bir keçid olmalıdır.

“Xalqın üzərinə bu dərəcədə basqı tətbiq etmiş rəhbərliyin artıq təkrar qanunilik qazanması mümkün olmadığına görə, Suriya xalqının bütün təbəqələrinin razı qalacağı bir keçid prosesi başlamalıdır. Bu vəziyyətdə hər hansı dəyişiklikdən söhbət gedə nbilməz. Amma bütün diplomatik müzakirələri davam etdiririk”-deyə Əhməd Davudoğlu bldirib.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb. Görüşdə Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi müzakirə olunub.
Geniş formatda keçirilən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR