Türkiyədən Gürcüstana 700 min dollarlıq hədiyyə

Türkiyədən Gürcüstana 700 min dollarlıq hədiyyə
  • DÜNYA

Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən yardım şəklində hərbi maddi-texniki vasitələr alıb.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, hədiyyənin təqdimatı mərasimi Orxevidəki avtomobil batalyonun bazasında keçirilib. Nazirliyin nümayəndəsi bildirib ki, Gürcüstan Silahlı Qüvvələrinə və sərhəd qoşunları departamenti üçün maddi-texniki vasitələrin hədiyyə edilməsi iki tərəf arasında 2004 və 2007-ci illərdə imzalanmış müqavilələr əsasında həyata keçirilib.

Gürcüstan tərəfindən yardımın qəbulu üçün sənədləri silahlı qüvvələrin logistik təminatı üzrə komandanı Mamuka Tsvediani və sərhəd qoşunlarının vəzifəli zabiti Mixail Kavtaradze, Türkiyə tərəfindən isə bu ölkənin Gürcüstandakı hərbi attaşesi Bülent Kort imzalayıblar.

Maddi-texniki yardımın ümumi dəyəri 700 min dollarlıq 143 çeşiddə vasitədən ibarət olduğu bildirilib.

Gürcüstan silahlı qüvvələri baş qərargahının rəis müavini Omar Beqoidze tədbirdə çıxış edərək qonşu ölkəyə hərbi yardım üçün təşəkkürünü bildirib.

O deyib ki, Türkiyənin hədiyyəsi Gürcüsrtan ordusunun NATO standartlarına uyğun formalaşdırılması işində böyük imkanlar açır.

Maddi-texniki vasitələrin nədən ibarət olduğunu açıqlamayan general bildirib ki, söhbət müasir və və ən mükəmməl avadanlıqdan gedir. 

 
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR