Gürcüstanın NATO-ya üzvlük fəaliyyət planı olmadan qəbul edilməsi texniki cəhətdən mümkündür.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Gürcüstanın NATO-nun bütün tələblərinə cavab verdiyini bildirib:
"Biz Gürcüstanı tam olaraq dəstəkləyirik. Ankara bu məsələni NATO nazirlərinin bütün görüşlərində qaldırır. Varşava sammiti zamanı NATO genişlənməlidir. Biz Monteneqroya alyansa qəbul edilməsi üçün dəvət göndərmişik. Bosniya-Hersoqovina, Makedoniya və Gürcüstana da eyni dəvət göndərilib. Biz Tiflisə üzvlüklə bağlı zəmanət verə bilmərik. Ankara Gürcüstanın NATO-ya üzvlüyünü hər zaman dəstəkləyir".