Güclü qar və yolların buz bağlaması səbəbindən Türkiyədən Azərbaycana və Türkmənistana yük daşıyan çoxlu sayda ağırtonnajlı yük maşını (TIR) Türkiyənin İranla sərhədində, dağlıq bölgədə qalıb.
Aktual.az Virtualaz.org-a istinadən xəbər verir ki, güclü qardan sonra Ağrı-İran və Doğubeyazit-Çaldıran yolları buz bağlayıb.
Nəticədə Gürbulak sərhəd-keçid məntəqəsindən keçib İran, Türkmənistan və Azərbaycana yük daşıyan çoxlu sayda TIR yolda qalıb. Yük maşınları Ağrı-İran yolunun 20-ci kilometrliyindəki Tendürek keçidində ilişib qalıblar və kilometrlərlə uzunluğunda tıxac yaradıblar. Yolun qar və buzdan təmizlənməsi üçün çoxsaylı texnika cəlb edilib.
Ancaq bu gün daha bir qar fırtınası gözlənilir.
Xəbər 416 dəfə oxunub.