Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyuldu

Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyuldu

Türkiyənin bəzi rayonlarından mal-qara və heyvan mənşəli məhsulların idxalına qoyulmuş məhdudiyyət karantin müddəti başa çatdıqdan bir il sonra tam aradan qaldırılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu, dabaq epidemiyasının aşkarlanması zamanı nəzərdə tutulmuş normal prosedurdur: "Dabaq epidemiyası aşkar ediləndə ölkə, adətən, 21 gün davam edən karantin elan edir. Bundan sonra Beynəlxalq Epizootik Bürosu karantinin başa çatmasını elan edir, lakin epidemiyanın aşkarlandığı ərazidən mal-qaranın, onların ətləri və ya bu ətdən istehsal edilmiş məhsulların idxalı 1 il ərzində məhdudlaşdırılır".

Beynəlxalq Epizootik Bürosu ötən həftə Türkiyədə dabaq epidemiyasının aşkarlanması barədə məlumat yaymışdı.

Dövlət Xidmətindən bildiriblər ki, Azərbaycanda dabaq və digər infeksiya xəstəlikləri ilə bağlı epizootik vəziyyət sabitdir.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR