"Türkiyə ABŞ-dan döyüş təyyarələri almayacaq".
Aktual.az teleqraf.com-a istinadən bildirir ki, bununla bağlı Türkiyənin müdafiə sənayesi nazirinin müavini İsmayıl Demir məlumat verib.
Onun sözlərinə görə, Ankara terrorçuluğa qarşı mübarizə məsələsində Vaşinqtondan yetərincə dəstək almayıb: "Türkiyə NATO-nun tərəfdaşı kimi terrorçuluğa qarşı mübarizə aparanda ABŞ Konqresi Türkiyəyə pilotsuz aparatların və digər silahların satışına qarşı çıxış edib. Amerika hökumətinin bu qərarına cavab olaraq, Ankara 2013-cü ildən başlayaraq yerli pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı ciddi addımlar atmağa başladı. Bu sahənin inkişafı üçün müəyyən müddət tələb olunur. Ancaq deyə bilərəm ki, biz məsələdə ciddi uğurlar qazanmışıq".