Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.
Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.
***
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 937 nəfərə çatıb.
Məlumatı AFAD yayıb.
***
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 943 nəfər olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Xəbər 458 dəfə oxunub.