Rusiyanın Sankt Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə professoru, doktor Sotniçenko Türkiyədəki siyasi böhranın vətəndaş müharibəsinə çevriləcəyini açıqlayıb.
Aktual.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sotniçenko bildirib ki, Türkiyə Orta Şərqdəki böhranı PKK əleyhinə istifadə etmək istədi lakin Suruc hücumundan sonra Türkiyə PKK ilə yanaşı İŞİD-lə də mübarizə aparmaq məcburiyyətində qaldı.
Aleksandr Sotniçenko vəziyyətin çətin nə qədər çətin olduğuna diqqət çəkdi: “Həm PKK, həm də İŞİD-lə mübarizə aparmaq iqtidar partiyalarının səsinin düşməsinə və Türkiyənin zəifləməsinə gətirib çıxaracaq”.