Türkiyədə vəkillər kollegiyasının sədri sui-qəsdlə öldürüldü - VİDEO

Türkiyədə vəkillər kollegiyasının sədri sui-qəsdlə öldürüldü  - VİDEO
  • DÜNYA

Aktual.az Lent.az-a istindən xəbər verir ki, sui-qəsd nəticəsində Diyarbəkirin Vəkillər Kollegiyasının sədri Tahir Elçi öldürülüb.

Xəbərdə bildirilir ki, Tahir Elçi bir qrup vəkillə birlikdə şəhərdəki silahlı hücumlarda zərər görən məscidlərdən birinin qarşısında bəyanat oxuyurmuş. Onun açıqlaması bitdikdən sonra silahlı hücum edilib və öldürülüb.

Qeyd edək ki, T.Elçi ötənlərdə bir televiziya kanalında "PKK terror təşkilatı deyil" demişdi. Bunun ardınca polis tərəfindən saxlanılan vəkillər kollegiyasının sədri barəsində cinayət işi başlanılmış, özü isə sərbəst buraxılmışdı.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR