Cəsədlər Marneuliyə gətiriləcək.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki,Türkiyədə öldürülmüş iki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovuncəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.
Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır.
Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib.
“Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə xəbərlər var”.
Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan keçirilir və sonra onlar Marneuliyə göndəriləcəklər.
Aktual.az