Türkiyədə törədilən terror aktına görə 7 suriyalı saxlanıldı

Türkiyədə törədilən terror aktına görə 7 suriyalı saxlanıldı
  • DÜNYA

İstanbulun Sultanahmet meydanında terror aktı törətməkdə şübhəli bilinən daha 7 nəfər saxlanılıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, saxlanılanların hamısı Suriya vətəndaşlarıdır.
Onlardan 4 nəfəri terror aktını tərədən şəxslə birlikdə İstanbula gələn şəxslərdir.
Məlumata görə, terroru törədənin və yoldaşlarının hərəkət etdikləri istiqamətlər müəyyənləşib.

Xəbərdə bildirlib ki, həmin dörd nəfər terroru törədən Suriya vətəndaşı Nabil Fadlı ilə birlikdə yanvarın 5-də Türkiyənin Zetunburnu Mühacirət İdarəsinə gedərək, barmaq izi veriblər.
Hazırda saxlanılan 7 nəfər polisdə ifadə verir.

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR