Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçuları tərəfindən təşkil edilən terror aktı nəticəsində daha 3 türk əsgəri yaralanıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə kənardan idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Bununla da terrorçularla gün boyu davam edən qarşıdurmalarda yaralı əsgər sayı 11-ə çatıb.
Yaralı əsgərlər Diyarbəkir Hərbi Xəstəxanasına yerləşdirilib.
Aktual.az