Türkiyə ərazisində Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatının yaraqlılarının polislərə hücumları davam edir.
Aktual.az azvision.az istinadən xəbər verir ki, İğdır və Tuncelidən sonra PKK yaraqlıları Şırnak vilayətində də terror aktı törədib.
Belə ki, Şırnakın Cizrə rayonu ərazisində xüsusi təyinatlı polisləri daşıyan avtomobilin hərəkət etdiyi yolda partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 polis şəhid olub.
Qeyd edək ki, bu gün İğdırda baş verən terror aktında 14, Tuncelidə isə 1 polis həlak olub. Ümumilikdı Türkiyədə gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb.