Seçkinin 14 mayda keçiriləcəyini düşünmürəm, hesab edirəm ki, iyunun 18-ə qalacaq.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər jurnalist Murad Yetkinin seçkilərlə bağlı sualını cavablandırarkən deyib.
Jurnalistin "TBMM seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi” sualına partiya sədri belə cavab verib:
"Məclisdən belə bir qərar çıxacağını ehtimal etmirəm. Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”.
Xəbər 234 dəfə oxunub.