ABŞ-ın mərkəzi kəşfiyyat idarəsi (CIA) Misirdə Rusiya təyyarəsinin partladılması ilə əlaqəsi olan 3 fələstinlinin Türkiyədə də terror hazırlığında olduğunu açıqlayıb.
Aktual.az lent.az-a istinadən bildirir ki, CİA İŞİD üzvü olan bir canlı bombanın və 3 fələstinli terrorçunun Türkiyədəki rus turistlərə qarşı terakt hazırladığı barədə məlumatları qardaş ölkənin kəşfiyyat idarəsi ilə paylaşıb.
Mumtaz Məhəmməd Jamas Dağmaş, Ayman Əhməd Abdullah Nofəl və Rafət Abbas adlı 3 fələstinlinin hazırladığı teraktla bağlı planları da Türkiyəli rəsmilərə verilib.