Türkiyədə qış saatı tətbiqetməsi ləğv edilib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə qərar Rəsmi Qəzetdə dərc olunub. Qərara əsasən, 27 Mart 2016-cı il tarixindən etibarən bütün ölkədə saatların bir saat irəli çəkilməsi şəklində başlayan yaz saatı tətbiqi hər il, il boyu davam edəcək.
Qeyd edək ki, bu, gün işığından daha çox faydalanmaq məqsədilə həyata keçirilir. Bununla Nazirlər Kabinetinin qərarında yer alan 30 oktyabr 2016-cı il saat 04.00-dan etibarən bir saat geri çəkilməsi ifadəsi ləğv edilib.