Çanaqqalanın Ayvacık rayonunda qeyri-qanuni yollarla xarici ölkəyə çıxmağa cəhd edən və qaçaqların da içərisində olduğu rezin qayıq batıb.
Aktual.az xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər ölüb. 1 nəfər isə axtarılır. Bununla yanaşı, 10 insanın xilas edildiyi qeyd edilir.
Qeyd edək ki, qayıq Yunanıstanın Midilli adasına yollanırmış. O, Gülpınar kəndi yaxınlığında yerləşən sulara qərq olub.