Türkiyə Baş naziri Binali Yıldırım erkən yaşda evliliklə bağlı Ədalət və İnkişaf Partiyasının (AKP) Məclisə təklif etdiyi və böyük səs-küyə səbəb olan qanun layihəsi barədə açıqlama verib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baş nazir sözügedən layihə ilə təcavüzçülərin müdafiə olunmadığını, gənc yaşda evlənən insanlarla bağlı məsələnin həllinin nəzərdə tutulduğunu bildirib:
"Erkən yaşda evlilik, erkən yaşda cütlüyün öz istəkləri və ya ailənin icazəsilə belə evlənməkləri qanunla qadağandır və cinayətdir. AK partiya həm gəncləri, həm də ailələri qorumaq üçün yetkinlik yaşına çatmayan insanların öz istəkləri ilə də olsa evliliyini cinayət olaraq müəyyən edib. Belə bir dəyişikliyi bilməyən gənclər bunun cinayət olduğunu ya şəxsiyyət vəsiqəsi yoxlanarkən, ya da doğum əsnasında öyrəniblər. Beləliklə, oğlan həbsxanaya göndərilir, qız isə uşaqlarıyla birlikdə ortalıqda qalır. Bu, cəmiyyətin qanayan yarasıdır”.
Baş nazir hazırda 3800 insanın belə bir problemlə qarşılaşdığını qeyd edib: "Problemi həll etmək üçün parlamentə qanun layihəsi təqdim etdik. Birdən fəlakət qopdu. Guya biz təcüvüzçüyə əfv təklif edirik. Belə bir şey yoxdur. Biz sadəcə 3800 insanın problemini həll etməyə çalışırıq”.
Binali Yıldırım təklifi geri çəkdiklərini və müxalifət partiyalarının da təkliflərini gözlədiklərini vurğulayıb.
Hakim "AK Parti” tərəfindən irəli sürülən təklif MHP və CHP-nin sərt etirazına səbəb olub. Təklif ilk səsvermədə qəbul edilib. TBMM-də açıq səsvermə tələbindən sonra yetərli 184 səsi ala bilməyən təklifə bu həftə yenidən baxılmalı idi.
Sözügedən qanun layihəsi 16 noyabr 2016-cı ildən əvvəl törədilənən cinayətləri əhatə edirdi.
Aktual.az
Xəbər 421 dəfə oxunub.