Türkiyənin Şırnak əyalətində PKK-çılar polis nəzarət məntəqəsinə hücüm ediblər.
Şiddətli partlayış nəticəsində avtomobil parçalanıb, iki polis şəhid olub, beşi yaralanıb. Yaralılar Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.
Helikopterlərin dəstəyi ilə terrorçulara qarşı həyata keçirilən əməliyyat nəticəsində iki PKK terrorçusu məhv edilib.
Qaçan digər PKK-çıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.
/ Aktual.az