Bu gecə Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində polis əməkdaşları ilə PKK terrorçuları arasında növbəti silahlı qarşıdurma qeydə alınıb.
Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, şəhərin iki məhəlləsində antiterror əməliyyatı keçirən qanun keşikçiləri müqavimətlə qarşılaşıb. Polisə dəstək məqsədi ilə hadisə yerinə zirehli texnika göndərilib. PKK üzvlərinin küçələrdə barikadlar qurduğu qeyd olunur.
Atışmanın hazırda da davam etdiyi bildirilir.