Türkiyədə ölkə parlamentinə keçirilən seçkilər üzrə səsvermə prosesi başa çatıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, ölkənin 32 şərq əyalətində 07:00-da start götürən səsvermə yerli vaxtla 16:00-da başa çatıb.
Türkiyənin digər rayonlarında səsvermə proseduru 08:00-da başlayıb və 17:00-da başa çatıb.
Seçkilər ölkənin 175 min 006 seçki məntəqəsində keçirilib.
Aktual.az